"Bavariya"nın hücumçusu Tomas Müller yeni rekorda imza atıb.
“İki sahil” xəbər verir ki, 34 yaşlı futbolçunun rekordu Bundesliqanın 2-ci turunda ötən gün "Frayburq"la keçirilən oyunda (2:0) qeydə alınıb.
Görüşdə ilk qolun müəllif olan almaniyalı futbolçu "Bavariya"da keçirdiyi rəsmi oyun sayına görə birinci olub. Münhen klubunda 710-cu oyununa çıxan Müller bu göstəricidə 1962-1980-ci illərdə "Bavariya"da çıxış edən Zepp Mayeri qabaqlayıb.
Qeyd edək ki, "Bavariya"nın yetirməsi olan və başqa heç bir klubda çıxış etməyən Tomas Müller 2008-ci ildən Münhen klubunun əsas komandasında oynayır.