01 sentyabr 2024 22:47
491

MPL:  “Qarabağ” “Zirə”yə qalib gəldi

Bu gün Misli Premyer Liqasında 5-ci turu çətçivəsində "Zirə" "Qarabağ"ı qəbul edib.

“İki sahil” xəbər verir ki, turun sonuncu qarşılaşmasında hesabı 18-ci dəqiqədə Toral Bayramov açıb. 33-cü dəqiqədə isə Emmanuel Addai “Qarabağ”ın üstünlüyünü iki topa yüksəldib.

Yarışın 40-cı dəqiqəsində Ceyhun Nuriyev buraxılan qollardan birinin əvəzini çıxsa da 88-ci dəqiqədə Abdullah Zubir yenidən fərqi artırıb – 1-3.

Qarşılaşma bu hesabla da başa çatıb.

Misli Premyer Liqası,

5-ci tur

1 sentyabr (bazar)

20:45.“Zirə” 1–3 “Qarabağ”

Qollar: Toral Bayramov, 18 (0-1), Emmanuel Addai, 33 (0-2), Ceyhun Nuriyev, 40 (1-2), Abdullah Zubir, 88. (1-3)

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əli Əliyev

Zirə İdman Kompleksinin stadionu

30 avqust (cümə)

“Sumqayıt” 0-1 “Araz-Naxçıvan”

“Turan Tovuz” 1-0 “Səbail”

31 avqust (şənbə)

“Kəpəz” 2–3 “Sabah”

“Şamaxı” 0–0 “Neftçi”

Məhərrəm Ağalaroğlu, “İki sahil”