01 sentyabr 2024 21:49
464

Almaniya Bundesliqası: “Bavariya” növbəti qələbəsini qazanıb

Almaniya Bundesliqasında II tura yekun vurulub.

“İki sahil” xəbər verir ki, çempionluğa əsas favoritlərdən sayılan “Bavariya” doğma meydanda “Frayburq”u qəbul edib. Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Münxen təmsilçisinin heyətində qolları Harri Keyn və Tomas Müller vurublar.

İlk turda da qalib gələn “Bavariya” 6 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.