31 avqust 2024 21:25
595

“Sabah” “Kəpəz”ə qalib gəldi

Misli Premyer Liqasının 5-ci turu çərçivəsində “Sabah” Tovuzda “Kəpəz”in qonağı olub.

“İki sahil”in məlumatına görə, qarşılaşmanın 10-cu dəqiqəsində Viktor Braqa hesabı açıb. Bununla da o, “Kəpəz”in Azərbaycan çempionatlarında 1000-ci qolunun müəllifi olub. 18-ci dəqiqədə isə Lassana Ndiaye gəncəlilərin üstünlüyünü 2 topa yüksəldib.

“Sabah”ın futbolçusu Coy Lens Mikels 53-cü dəqiqədə penaltini dəqiq yerinə yetirərək fərqi muinimuma endirib. Cessi Sekidika isə 70-ci dəqiqədə hesabı bərabərləşdirib – 2-2.

Yarışda 85-ci dəqiqədə özünün ikinci, komandasının üçüncü qolunu vuran Coy Lens Mikels “Sabah”ın qələbəsini təmin edib.

Misli Premyer Liqası

5-ci tur

31 avqust (şənbə)

19:30. “Kəpəz” 2–3 “Sabah”

Qollar: Viktor Braqa, 10 (1-0), Lassana Ndiaye, 18 (2-0), Coy Lens Mikels, 53 - pen. (2-1), Cessi Sekidika, 70 (2-2), Coy Lens Mikels, 85 (2:3)

Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə

Tovuz şəhər stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”