31 avqust 2024 18:10
512

"Arsenal" "Brayton"la heç-heçə etdi

İngiltərə Premyer Liqasının 3-cü turunda "Arsenal" klubu "Brayton"la qarşılaşıb.

“İki sahil” xəbər verir ki, Londonda keçirilən görüş heç-heçə yekunlaşıb - 1:1.

London təmsilçisindən Kai Havertz (38), qonaqlardan isə Joao Pedro (58) fərqlənib. İkinci hissənin əvvəlində "Arsenal"ın futbolçusu Deklan Rays qırmızı vərəqə ilə meydandan qovulub.

Qeyd edək ki, hazırda "Topçular" 7 xalla 2-ci pillədədir. London təmsilçisi ilə eyni xala malik olan "Brayton" isə turnir cədvəlində ilk mövqedədir.