31 avqust 2024 16:25
550

Paris-2024: Azərbaycan paraatıcısı 14-cü yeri tutub

Paris-2024 Yay Paralimpiya Oyunlarında Azərbaycan paraatıcısı Aybəniz Babayeva çıxış edib.

“İki sahil” xəbər verir ki, P2 kateqoriyasında yarışan idmançımız 10 metr məsafəyə atəşaçmada 542 xal toplayıb və 14-cü yeri tutub.

Təmsilçimiz finala vəsiqə qazana bilməyib.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.