"Arsenal" hücumçusu Eddi Nketianı satıb.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı futbolçu İngiltərənin digər klubu "Kristal Pelas"a keçib. Tərəflər arasında müqavilə 5 illikdir.
Nketiah "Arsenal"ın yetirməsidir. Ötən mövsüm o, "topçular"ın heyətində Premyer Liqada 27 oyuna çıxıb və 5 qol vurub.
Hücumçu 2019/2020 mövsümündə "Arsenal"la İngiltərə Kubokunu qazanıb. O, 2020-ci ilin oktyabrında isə İngiltərənin 21 yaşadək futbolçulardan ibarət komandasında rekord qırıb. Nkeita 17 matçda 16 qol vurub.