31 avqust 2024 13:12
679

Rövşən Nəcəf Paris-2024-də medal qazanan parataekvondoçularımızı təbrik edib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf sosial şəbəkə səhifəsində Paris-2024 Yay Paralimpiya Oyunlarında medal qazanan “Neftçi” İdman Klubunun parataekvondoçularını təbrik edib.

“İki sahil” xəbər verir ki, bunu Rövşən Nəcəf paylaşımda qeyd edib:

Paris-2024 Yay Paralimpiya Oyunlarında “Neftçi” İdman Klubunun parataekvondoçuları İmaməddin Xəlilov qızıl medal, Sabir Zeynalov bürünc medal qazanıblar. Bu möhtəşəm nailiyyət münasibətilə idmançılarımızı ürəkdən təbrik edir, yeni-yeni uğurlar arzulayıram.