Misli Premyer Liqasında V turun oyunları davam edir.
“İki sahil” xəbər verir ki, bu gün turun daha 2 matçı keçiriləcək.
Əvvəlcə “Şamaxı” “Neftçi”ni qəbul edəcək. Bu, meydan sahiblərinin cari mövsümdə ilk ev oyunu olacaq. Qarşılaşma 17:00-da start götürəcək.
Günün ikinci matçında isə “Sabah” Tovuzda “Kəpəz”in qonağı olacaq. Adil Şükürovun baş məşqçi vəzifəsindən getməsindən sonra Gəncə klubunu bu oyuna əvəzedici heyətinə çalışdırıcı Xaliq Mərdanov çıxaracaq.
Qeyd edək ki, dünən start götürən tura sabah keçiriləcək 1 oyunla yekun vurulacaq.
Misli Premyer Liqası
V tur
31 avqust (şənbə)
17:00. “Şamaxı” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov
Şamaxı şəhər stadionu
19:30. “Kəpəz” –“Sabah”
Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə
Tovuz şəhər stadionu