30 avqust 2024 18:58
454

“Qalatasaray” iki futbolçusunu icarəyə verib

Türkiyənin “Qalatasaray” komandası iki futbolçusunu icarəyə verib.

“İki sahil” klubun rəsmi saytına istinadla xəbər verir ki, Vilfrid Zaha cari mövsümü Fransanın “Lion” komandasında, Derrik Kön isə Almaniyanın “Verder” kollektivində keçirəcək.

Qeyd edək ki, Zaha 2023-cü ilin iyulunda, Kön isə bu ilin fevralında “Qalatasaray”a keçmişdi.