30 avqust 2024 16:27
476

Osimhen Səudiyyə Ərəbistanı klubunda

"Napoli"nin hücumçusu Viktor Osimhen "Əl-Əhli"yə keçməyə yaxındır.

“İki sahil” xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Səudiyyə Ərəbistanı təmsilçisi 25 yaşlı nigeriyalının transferi ilə bağlı razılığa gəlib. "Əl-Əhli" keçid üçün 75-80 milyon avro ödəyəcək.

Qeyd edək ki, Osimhen 2020-ci ildən "Napoli"də oynayır. O, komandanın heyətində 133 oyun keçirib, 76 qol vurub və 18 qolun ötürməsini verib.