28 avqust 2024 18:28
443

Hannibal "Mançester Yunayted"dən ayrıldı

"Bernli" "Mançester Yunayted"in futbolçusu Hannibal Mejbrini transfer edib.

"İki sahil" klubun saytına istinadən xəbər verir ki, 21 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Transferin təzminat qiyməti açıqlanmayıb.

Qeyd edək ki, H.Mejbri ötən mövsümü La Liqa təmsilçisi "Sevilya"da icarə əsasında keçirib.

Xatırladaq ki, "Bernli" 2024/2025 mövsümü üçün Çempionşip cədvəlində hazırda 5-ci pillədə qərarlaşıb.