28 avqust 2024 17:38
451

"Çelsi" Osimhen üçün rəsmi təklif göndərdi

"Napoli"nin hücumçusu Viktor Osimhen karyerasını  "Çelsi"də davam etdirə bilər.

"İki sahil" jurnalist Canluka Di Marzionun sosial şəbəkə hesabına istinadən xəbər verir ki, London təmsilçisi nigeriyalı futbolçu üçün ilk rəsmi təklifini göndərib. Tərəflər hazırda aktiv danışıqlar  aparır.

Qeyd edək ki,  Osimhen 2020-ci ildən "Napoli"nin futbolçusudur.