26 avqust 2024 14:30
559

Azərbaycan Taekvondo Federasiyası dan imtahanı təşkil edib

Azərbaycan Taekvondo Federasiyası (ATF) dan imtahanı təşkil edib.

Bu barədə "İki sahil"ə qurumun mətbuat xidmətindən məlumat verilib.

65 məşqçi və idmançının qatıldığı imtahan ATF-in texniki direktoru, beynəlxalq dərəcəli referi Oh Kvanq Çeolun rəhbərliyi ilə keçirilib.

Onlardan 51-i birinci, 11-i ikinci, 2-si üçüncü, 1-i isə dördüncü dan üçün imtahan verib.