26 avqust 2024 14:19
463

"Dinamo"nun futbolçusu ərəb klubuna keçdi

Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu futbolçusu İvan Saraniçlə yollarını ayırıb.

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı yarımmüdafiəçi Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Batae" klubuna keçib.

Qeyd edək ki, avqustun 28-də Tofq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Dinamo"  oyunu saat 20:45-da başlayacaq. Bu komandalar arasında Zaqrbdə keçirilən görüşdə "Dinamo" 3:0 hesablı qələbə qazanıb.