26 avqust 2024 12:09
420

"Yuventus"dan yeni transfer

“Yuventus” heyətini yeni futbolçu ilə gücləndirib.

“İki sahil” xəbər verir ki, Turin təmsilçisi “Fiorentina”dan Niko Qonsalesi transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Argentinalı vinger 2024/25 mövsümünü “Yuventus”da icarədə keçirəcək.

Qeyd edək ki, 26 yaşlı futbolçu ötən mövsümdə “Fiorentina”da 44 oyunda 16 qol vurub, 5 məhsuldar ötürmə edib.