25 avqust 2024 22:35
437

"Şamaxı" "Zirə"yə qalib gəldi

Misli Premyer Liqasında 4-cü turu çərçivəsində "Şamaxı" "Zirə"nin qonağı olub.

“İki sahil”in məlumatına görə, oyunda yeganə qolu 16-cı dəqiqədə Leroy Mikels vurub.

Bununla da Şamaxı təmsilçisi meydanı qələbə ilə tərk edib.

Misli Premyer Liqası,

4-cü tur

25 avqust

20:30. “Zirə” 0–1 “Şamaxı”

Qol: Leroy Mikels, 16 (0-1)

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Rəşad Əhmədov

VAR: Əliyar Ağayev

Zirə İK stadionu.

Məhərrəm Ağalaroğlu, “İki sahil”