25 avqust 2024 20:16
479

"Sabah" "Sumqayıt"ı məğlub etdi

Misli Premyer Liqasında 4-cü turu çərçivəsində "Sabah" "Sumqayıt"ı qəbul edib.

“İki sahil”in məlumatına görə, qarşılaşmanın 12-ci dəqiqəsində Fernando da Silva hesabı açıb. 44-cü dəqiqədə fərqlənən Namik Ələsgərov “Sabah”ın bərqbərlik qolunun müəllifi olub. 54-cü dəqiqədə isə Pavol Safranko “bəyquşlar”ı hesabda önə çıxarıb. 77-ci dəqiqədə isə Cesse Sekidika bakılıların üstünlüyünü artırıb.

Misli Premyer Liqası,

4-cü tur

25 avqust

18:15. “Sabah” 3–1 “Sumqayıt”

Qollar: Fernando da Silva, 12 (0:1), Namik Ələsgərov, 44 (1:1), Pavol Safranko, 54 (2:1), Cesse Sekidika, 77 (3:1)

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev

VAR: Nicat İsmayıllı

"Bank Respublika Arena"

Məhərrəm Ağalaroğlu, “İki sahil”