"Portu" "Hammarbi"nin hücumçusu Dəniz Gülü transfer edib.
“İki sahil” klubun saytına istinadən xəbər verir ki, türkiyə əsilli 20 yaşlı isveçli ilə 2029-cu ilin yayına kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Gül "Hammarbi"nin heyətində 25 matçda 3 qol vurub, 2 qolun ötürməsini verib. Forvardın İsveç gənclər yığmasında keçirdiyi 2 oyunda 2 qolu var.