25 avqust 2024 02:37
496

Türkiyə Super Liqası: "Sivasspor" evdə uduzdu, "Konyaspor" səfərdə

Türkiyə Super Liqasında 3-cü turun oyunları keçirilir.

“İki sahil” xəbər verir ki, bu gün daha 2 matç baş tutub.

“Sivasspor” evdə “Eyüpspor”a uduzub. “Bodrumspor” isə “Konyaspor”u xalsız yola salıb.

Bu turun “Qalatasaray” – “Qaziantep”, “Samsunspor” – “Başakşəhər” və “Trabzonspor” – “Kayserispor” oyunları təxirə salınıb.

Türkiyə Super Liqası
3-cü tur
23 avqust

Alanyaspor – Göztəpə 1:1
Qollar: Özdemir, 48 – Heliton, 45.

24 avqust

Sivasspor – Eyüpspor 0:1
Qol: Kutucu, 8.

Bodrumspor – Konyaspor 3:1
Qollar: A.Demirbağ, 28-öz qapısına. Puşkaş, 40. Özer, 88-pen – Pedrinyo, 45+4.

25 avqust

20:15. Kasımpaşa – Adana Dəmirspor
22:45. Antalyaspor – Hatayspor
22:45. Rizəspor – Fənərbağça