Misli Premyer Liqasında 4-cü turu çərçivəsində “Araz-Naxçıvan” “Neftçi”ni qəbul edib.
“İki sahil”in məlumatına görə, qarşılaşmanın 16-cı dəqiqəsində Ömər Buludov hesabı açıb.
90+5 dəqiqədə isə Ramil Şeydayev “Neftçi”nin bərabərlik qolunu vurub – 1-1.
Yarış bu hesabla da başa çatıb.
Misli Premyer Liqası,
4-cü tur
24 avqust
20:30. “Araz Naxçıvan” 1-1 “Neftçi”
Qol: Ömər Buludov, 16 (1-0), Ramil Şeydayev, 90+5 (1-1)
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov
VAR: Cavid Cəlilov
"Liv Bona Dea Arena"
Məhərrəm Ağalaroğlu, “İki sahil”