24 avqust 2024 21:30
537

Bodrumda 370 kq-lıq balıq tutulub

Muğlanın (Türkiyə) Bodrum rayonunda 4 həvəskar balıqçı 2,5 metr uzunluğunda 370 kiloqram ağırlığında ton balığı tutub.

“İki sahil” İHA-ya istinadla xəbər verir ki, bildirilib ki, Bodrumda yaşayan Kayahan Eser, Metincan Altın, Emirhan Tahir və Deniz Aras Qorxmaz adlı balıqçılar yerli vaxtla səhər saat 06:00 radələrində Gölköydən dənizə çıxıb. Səhər saat 08:00 radələrində Didim sahillərində tutulan nəhəng balığı yuxarı çəkməyə çalışsalar da, buna nail ola bilməyiblər. Nəhəng balıq həvəskar balıqçıların 7 metrlik qayığını Didim sahilindən 5 saatda Türkbükü sahilinə sürükləyib.

Balıqları qayığa çəkə bilməyən balıqçılar dostlarından kömək istəyiblər. Dostlar da gəmi ilə rayona gediblər. Balıq suyun səthinə çəkildikdən sonra quyruğundan bağlanaraq Gölköyə qaldırılıb. 2,5 metrlik balıq kranın köməyi ilə dənizdən çıxarılıb. Balığın çəkisi 370 kiloqram olub.

Məhərrəm Ağalaroğlu, “İki sahil”