"Formula 1" üzrə Niderland Qran-prisi öncəsi xoşagəlməz hadisə yaşanıb.
“İki sahil” xəbər verir ki, yarışdan əvvəl məşq zamanı "Uilyams" komandasının pilotu Loqan Cardcentin avtomobili alovlanaraq yanmağa başlayıb.
ABŞ-li sürücü xəsarət almasa da, maşını yararsız hala düşüb.
Qeyd edək ki, "Formula 1" üzrə Niderland Qran-prisinin əsas mərhələsi sabah baş tutacaq.