Misli Premyer Liqasında 4-cü turu çərçivəsində bu gün 2 oyun keçiriləcək.
“İki sahil” xəbər verir ki, günün ilk qarşılaşmasında son çempion “Qarabağ” hazırkı lider “Turan Tovuz”u qəbul edəcək. İlk 3 turda qapısında qol görmədən 7 xal qazanan Kurban Berdıyevin komandasının Suraxanıdakı sınaqdan necə çıxacağı maraqla gözlənilir.
Digər matçda isə “Araz-Naxçıvan” “Neftçi”ni qəbul edəcək.
Qeyd edək ki, tura sabah keçiriləcək 2 matçla yekun vurulacaq.
Misli Premyer Liqası,
4-cü tur
24 avqust
18:15. “Qarabağ” - “Turan Tovuz”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Teymur Teymurov, Tural Qurbanov
VAR: Əliyar Ağayev
"Azərsun Arena"
20:30. “Araz Naxçıvan” - “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov
VAR: Cavid Cəlilov
"Liv Bona Dea Arena"