"Real" (İspaniya) futbolçusu Mario Martini icarəyə verib.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçi "Valyadolid"ə keçib. Onun müqaviləsi 2025-ci ilin iyun ayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, Martin Madrid təmsilçisinin akademiyasının yetirməsidir. O, ötən il əsas komandada debüt edib.