23 avqust 2024 12:43
460

Azərbaycanın ağırlıqqaldırma millisi təlim-məşq toplanışına start verib

Azərbaycanın ağırlıqqaldırma millisi Qazaxda təlim-məşq toplanışındadır.

“İki sahil” xəbər verir ki, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) mətbuat xidmətindən bildirilib ki, Qazax Olimpiya İdman Kompleksində məskunlaşan idmançılar qarşıdakı beynəlxalq yarışlara hazırlaşırlar.

AAF-nin vitse-prezidenti Firdovsi Umudov yığmanın düşərgəsinə baş çəkib.

O, məşqçilər heyəti və idmançılarla görüşüb, onların problemləri ilə maraqlanıb. Məşqi izləyəndən sonra Umudov iclas keçirib, federasiya rəhbərliyinin komandanı daim diqqətdə saxladığını, onlara inandığını bildirib, qarşıdakı yarışlarda uğurlu çıxış arzulayıb.