23 avqust 2024 11:53
419

PFL rəsmisi Millətlər Liqası matçında

Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən yeni təyinat alıb.

"İki sahil" PFL-in rəsmi saytına istinadən xəbər verir ki, o, Millətlər Liqasında keçiriləcək Latviya – Farer adaları oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma sentyabrın 10-da baş tutacaq.