Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş kişilər arasında mini futbol idman növü üzrə Lənkəran-Astara region turnirinin açılış mərasimi və ilk qrup oyunları keçirilib.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı sayəsində Lənkəran rayon, Separadi İdman Kompleksinin mini futbol stadionunda baş tutan turnirinin açılış mərasimində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin əməkdaşları, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının müavini, yerli icra nümayəndələri, bələdiyyələr, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, kənd ağsaqqalları və ziyalıları, 800 nəfər kənd sakini iştirak ediblər.
Turnir Azərbaycan Respublikası Dövlət Himni və Vətən yolunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla anılmaqla başlayıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə idmana olan diqqət və qayğısının yüksək səviyyədə olduğunu, bu siyasətin gələcək nəslin sağlam yetişməsi, eyni zamanda bədən tərbiyəsi və idmanın inkişafı məqsədi daşıdığını deyən çıxışçılar onu da bildiriblər ki, nəinki rayonumuzda, eləcə regionda idman yarışlarının, idmanın kütləviliyinin artırılması məqsədilə tədbirlər təşkil edilir, bədən tərbiyəsi və idmanın əsas istiqamətlərini müəyyən etmək üçün bu sahədə işlər görülür.
Keçirilən bu kimi tədbirlər gənclərin fiziki inkişafı ilə yanaşı, onların vətənpərvərlik ruhunda böyüməsində də əhəmiyyətli rol oynayır .
Daha sonra oyunlara start verildi, 16 komandanın qoşulduğu yarışlar başlanıb.
Qeyd edək ki, tədbir 27 sentyabr tarixində başa çatacaq.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü