22 avqust 2024 20:08
474

"Turan Tovuz" "Neftçi"dən ayrılan futbolçunu transfer edib

"Turan Tovuz" icarə əsasında çıxış edən Fərid Yusiflini transfer etdiyini açıqlayıb.

“İki sahil” xəbər verir ki,  komanda "Neftçi"dən ayrılan yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, F.Yusifli ötən mövsümün ikinci hissəsini icarə əsasında Tovuz klubunda keçirib.

O, əyalət komandasının heyətində Premyer Liqada 10 oyunda meydana çıxıb.