29 noyabr 2017 16:30
588

“Vətənim - and yerim” musiqi müsabiqəsinə başlanılıb

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, YAP Gənclər Birliyinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilati dəstəyi ilə “Vətənim - and yerim” adlı musiqi müsabiqəsi keçirilir.

AZƏRTAC xəbər verir ki, istedadı olan gəncləri tanıtmaq məqsədilə təşkil olunan müsabiqədə özünə güvənən hər bir gənc iştirak edə bilər. Müsabiqə üç mərhələdən ibarət olacaq və sonda ilk 4 yerin sahibi mükafatlandırılacaq.

Müsabiqədə iştirak etmək istəyənlər https://goo.gl/forms/HiDNkxKgkYoPgDYX2 linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Qeydiyyat üçün son tarix dekabrın 1-dir.

Qeyd edək ki, layihənin rəhbəri Orxan Məmmədovdur.