22 avqust 2024 15:13
386

“Beşiktaş”ın futbolçusu Səudiyyə Ərəbistanı klubuna keçib

“Beşiktaş”ın futbolçusu Cekson Muleka komandadan ayrılıb.

“İki sahil” xəbər verir ki, konqolu hücumçu icarə əsasında Səudiyyə Ərəbistanının “Əl Xolood” kollektivinə keçib. Onunla 1 illik müqavilə imzalanıb.

“Beşiktaş” bu icarə haqqından 1 milyon avro qazanacaq.