Gürcüstan millisinin və "Napoli"nin (İtaliya) futbolçusu Xviça Kvaratsxeliya ata olub.
“İki sahil” xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesablarında məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçinin oğlan övladı dünyaya gəlib. Futbolçu oğluna Damian adını verib.
Xviça paylaşımında yazıb: “Həyatımın ən xoşbəxt günü - 21 avqust 2024-cü il. Xoş gəldin, Damian Kvaratsxeliya”.
Qeyd edək ki, Xviça 2022-ci ilin yayından "Napoli"də oynayır. Onun atası Badri Kvaratsxeliya isə Azərbaycan millisinin sabiq üzvüdür.