22 avqust 2024 14:05
381

"Mançester Siti" "Əl-Hilal"la razılığa gəldi

"Mançester Siti"nin (İngiltərə) futbolçusu Joao Kanselo karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

“İki sahil” xəbər verir ki, o, "Əl-Hilal"a keçəcək. Tərəflər 30 yaşlı sağ cinah müdafiəçisinin transferi ilə bağlı razılığa gəliblər. "Əl-Hilal" bu keçidə görə 35 milyon avro ödəyəcək.

Qeyd edək ki, Joao 2019-cu ildən "Mançester Siti"nin futbolçusudur. Portuqaliyalı oyunçu son mövsümü icarə əsasında "Barselona"da keçirib. O, Kataloniya təmsilçisi ilə bütün turnirlərdə 42 matçda 4 qol vurub və 5 qolun ötürməsini verib.  Kanselo Portuqaliya millisində 58 oyun keçirib, 10 qol vurub və 7 qolun ötürməsi edib.