22 avqust 2024 11:57
443

Avropa Liqası: “Beşiktaş” mübarizəyə başlayır

Türkiyənin “Beşiktaş” klubu UEFA Avropa Liqasının pley-off mərhələsində bu gün mübarizəyə başlayacaq.

“İki sahil” xəbər verir ki, “qara qartallar” səfərdə İsveçrənin “Luqano” kollektivi ilə üz-üzə gələcək. “Stokhorn Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

Qarşılaşmanı danimarkalı FIFA referisi Morten Kroq idarə edəcək.

Komandalar arasında cavab oyunu bir həftə sonra Türkiyənin İstanbul şəhərində keçiriləcək.