“Azad Azərbaycan” teleradio şirkətində xeyli vaxtdır ki, çox maraqlı layihə həyata keçirilir. Şirkətin inzibati binasında yaradılan qalereyada rəsm əsərlərinin nümayişi artıq ənənə şəklini alıb. Bu xeyirxah işin təşkilində yüksək peşəkarlıq və məntiqi ardıcıllıq nəzərə çarpır. “ATV Qalereya”nın Rəssamlıq Akademiyası, Rəssamlar İttifaqı və digər əlaqədar qurumlarla əməkdaşlıq öz bəhrəsini verir. “Azad Azərbaycan” teleradio şirkətinin xeyirxah təşəbbüsü ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Sərgi barədə kütləvi informasiya vasitələrində müxtəlif səpkili yazılar mütəmadi dərc olunur. “ATV Qalereya”nı digər sərgi salonlarından fəqləndirən televiziyanın geniş imkanlarından bacarıqla istifadə etmə imkanıdır. Bir ay müddətində həmin əsərlər ayrı-aırı verilişlərdə, süjetlərdə, eləcə də ATV-nin saytında geniş tamaşaçı ayditoriyasına təqdim olunur. Diqqətçəkən bir məqam da Qalereyada müəlliflə sənətşünasların, tələbələrin görüşü, əsərlərin müzakirəsinin keçirilməsidir.
Bu günlərdə ATV Qalereya”da əməkdar rəssam Əşrəf Heybətin əsərlərindən ibarət maraqlı sərgi açılıb. O, 1951-ci ildə Bakıda anadan olub. Uşaqlıq və gənclik illəri İşərişəhərdə keçib. Peşəkar rəssamın əsərləri müxtəlif ölkələrdə nümayiş etdirilib. Onun yaraıcılığı haqqında tanınmış sənətşünaslar, elm, mədəniyyət xadimləri, siyasətçilər qiymətli fikirlər səsləndirib. Rəngkarlığın müxtəlif janrlarında fərqli mövzularda yaratdığı əsərlərlə Əşrəf sayıb-seçilən sənətkar kimmi şöhrət qazanıb. O, daim öz üzərində çalışmaqla püxtələşən ziyalıdır. Neçə illərdir Almaniyada yaşayan həmyerimiz məhsuldar yaradıcılıq fəaliyyəti ilə yanaşı, Avropada keçirilən diaspor tədbirlərində yaxından iştirak edir. Bu sahədə səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalına layiq görülüb.
Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində Əşrəf Heybətin ATV-də fərdi sərgisində nümayiş olunan əsərlərinin sayı kifayət qədər çox olsa da, mövzu baxımından onlar çərçivələnib. Tematik xarakter daşıyan sərgi “Qədim Bakı” adlanır. Nümayiş olunan kolleksiyaya rəssamın ürəyində heç vaxt sönməyən İçərişəhər sevdasını əsk edən lövhələr daxildir. O, bilərəkdən əsərlərini “köhnə” deyil, “qədim” Bakı adı ilə tamaçılara təqdim edir. Bu, Əşrəfin qəlbində heç vaxt köhnəlməyən, ilkin təravətini hər zaman qoruyub-saxlayan əsərlərinin ən böyük ilham mənbəyi olan Azərbaycan məhəbbətindən qaynaqlanan istəkdir, sevgidir, məhəbbətdir. Ona görə rəssamın bəzi lövhələri tutqun, boz, hətta qara rənglərlə işlənsələr də bütövlükdə işıqlıdr. Sərgilənən əsərlərin öz sıcaq nəfəsi, xoş ab-havası vardır. Rəssamın məharəti də elə bundadır. Sərgidə xüsusi diqqətçəkən əsərlərdən biri “Bakıda Novruz” adlanır. Bir neçə əsəri vahid mövzuda birləşdirən kompazisiyanın dörd parçadan ibarət olması təsadüf deyildir. Bu, rəssamın həyat fəlsəfəsindən qaynaqlanan rəmzdir. Ənənə və mərasimlərin nəsillər arasında bağlılığın həm nişanəsi, həm də nümunəsidir. Təbiətin oyanış, dörd fəslin doğuş səhnəsidir. “ATV Qalereya” da ekspozisiyanın bu əsərlə başlaması məncə təsadüfi deyil. Adı çəkilən poetik lövhə Yeni il qovşağı əsəfəsində tamaşaçını düşündürür, hər kəsi, sözün əsl mənasında, həqiqi vətənpərvər olmağa səfərbər edir. Gəlimli-gedimli dünyada hamını, bir növ öz-özünə hesabat verməyə çağırır: görən bu dünyaya niyə gəldik, nələr etdik? Ol-obaya bizdən yadigar qalan nə olacaq? Əşrəh Heybətin sərgisi tamaşaçıya zövq verməklə yanaşı, bir qədər də bu barədə düşündürür.
Aygün Ramizqızı