UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Qarabağ” və Xorvatiyanın “Dinamo” komandaları arasında görüşdə hesab açılıb.
“İki sahil” xəbər verir ki, Zaqrebdə yerləşən "Maksimir” stadionunda keçirilən qarşılaşmanın 29-cu dəqiqəsində rəqibin heyətində Marko Pyasa komandasını önə keçirib.
Matçı isveçli FIFA referisi Qlenn Nİberq idarə edir.
23:01
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Qarabağ” və Xorvatiyanın “Dinamo” komandaları arasında görüş başlayıb.
AZƏRTAC xəbər verir ki, Zaqrebdə yerləşən "Maksimir” stadionunda keçirilən qarşılaşma saat 23:00-da start götürüb.
Matçı isveçli FIFA referisi Qlenn Niberq idarə edir.
Komandalar arasında cavab görüşü avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.