20 avqust 2024 18:56
477

PSJ klubu UEFA Çempionlar Liqasından diskvalifikasiya edilə bilər

Fransanın PSJ klubu UEFA Çempionlar Liqasından diskvalifikasiya edilə bilər.

“İki sahil” "Le Monde"yə istinadla xəbər verir ki, paytaxt təmsilçisinin sabiq futbolçusu Klian Mbappeyə 55 milyon avro borcunun yaranıb.

Buna görə "Real"ın (Madrid, İspaniya) hazırkı üzvü UEFA-ya müraciət edib.

25 yaşlı hücumçunun şikayəti nəzərə alınsa PSJ komandası cəzalandırılacaq.