"Bavariya" yoxlama oyunu keçirib.
“İki sahil” xəbər verir ki, Münhen təmsilçisi İsveçrə "Qrasshopper"i ilə qarşılaşıb. Münhendə keçirilən görüş Almaniya klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb.
"Bavariya" - "Qrasshopper" - 4:0
Qollar: Maykl Olise, 12, Harri Keyn, 47, Matis Tel, 68, Tomas Müller, 90
Qeyd edək ki, "Bavariya" Bundesliqanın ilk turunda avqustun 24-də səfərdə "Volfsburq"la üz-üzə gələcək.