20 avqust 2024 17:29
435

Tarixlərinin ən bahalı transferini etdilər

"Brayton" heyətinə yeni futbolçu qatıb.

“İki sahil” xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. İngiltərə Premyer Liqası təmsilçisi "Lids Yunayted"dən Jorjinyo Rutteri alıb.

22 yaşlı hücumçu ilə 2029-cu ilin yayına kimi müqavilə imzalanıb.

"Brayton" Rutterə görə 40 milyon funt-sterlinq (46,7 milyon avro) ödəyib. Bu, Jorjinyonu klub tarixində ən bahalı transfer edib.