"Real"ın televiziyası İspaniya çempionatının 1-ci turunun "Malyorka" ilə oyunundakı hakimlər briqadasının işinə həsr olunmuş film hazırlayıb.
“İki sahil” xəbər verir ki, sözügedən video 3 dəqiqəlikdir.
Filmdə Madrid təmsilçisinin verilməmiş üç penalti epizodu və Vinisius Juniora qarşı qaydanı pozan "Maylorka" futbolçusunun qırmızı vərəqə ilə cəzalandırılmaması da təsvir olunub. Ümumilikdə "Real" bu görüşdə 8 hakim səhvinin olduğunu iddia edib.
Qeyd edək ki, sözügedən matç 1:1 hesabı ilə yekunlaşıb.