"Milan"ın müdafiəçisi Pyer Kalulu "Yuventus"a keçməyə yaxındır.
"İki sahil" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, klublar bu gün futbolçunun transferi ilə bağlı razılaşmanı yekunlaşdıracaq. Turin təmsilçisi oyunçunu icarəyə götürmək üçün 3 milyon avro ödəyəcək. Onun birdəfəlik alınması isə 14 milyon avroya başa gələcək.
Kalulu "Milan"ın heyətində 112 oyuna çıxıb, 3 qol vurub və 3 qolun ötürməsini verib.