20 avqust 2024 14:20
403

İlkay Gündoğan millidəki karyerasını başa vurdu

"Barselona"nın futbolçusu İlkay Gündoğan Almaniya millisindəki karyerasını başa vurub. 

“İki sahil” xəbər verir ki, bu barədə 33 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında məlumat verib.

“Bir neçə həftə düşünəndən sonra belə qənaətə gəldim ki, milli komandadakı karyeramı bitirməyin vaxtı çatıb. Mən öz ölkəm üçün 82 oyuna çıxdığıma görə qürur hissi keçirirəm".

Gündoğan Almaniya millisinin heyətində meydana çıxdığı 82 oyunda 19 qol vurub. O, Avro-2024-də komandanın kapitanı olub.