20 avqust 2024 11:40
405

"Barselona" klubu Dominikan Respublikası millisinin üzvünü transfer edib

İspaniyanın "Barselona" klubu digər La Liqa təmsilçisi "Jirona"nın vingeri Oskar Urenanı transfer edib.

"İki sahil" klubun mətbuat xidmətinə istindən xəbər verir ki, 21 yaşlı futbolçu ilə 2026-cı ilə qədər müqavilə imzalanıb.

Dominikan Respublikasından olan futbolçu hələlik Kataloniya təmsilçisinin ehtiyat komandasında çıxış edəcək.

Qeyd edək ki, O.Urena "Jirona"nın yetirməsidir.