Rusiya millisi Vyetnam və Tailandla yoldaşlıq oyunları keçirəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Futbol Federasiyasının saytı məlumat yayıb. Görüşlər Vyetnamın paytaxtı Hanoidəki " Mi Din" stadionunda keçiriləcək. Rusiya sentyabrın 5-də Vyetnamla, sentyabrın 7-də isə Tailandla qarşılaşacaq.
Rusiya millisi 2024-cü ildə Serbiya (4:0) və Belarus (4:0) ilə iki yoldaşlıq oyunu keçirib.
2022-ci ilin fevralında Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra Rusiya milli komandası və Rusiya futbol klubları beynəlxalq turnirlərdən kənarlaşdırılıb.