19 avqust 2024 18:11
568

Dünyanın ən güclü futbol liqalarının reytinqi açıqlanıb, Azərbaycan irəliləyib

Dünyanın ən güclü futbol liqalarının reytinqi açıqlanıb.

“İki sahil” xəbər verir ki, cədvəldə planetin 71 ən yaxşı çempionatı yer alıb.

Azərbaycan Premyer Liqası dünyada 43-cüdür. Çempionatın əmsalı 43,872-dir. Premyer Liqa hər 6 aydan bir açıqlanan cədvəldə 7 pillə irəliləyib. Azərbaycan çempionatı 2024-cü ilin əvvəlində 50-ci idi.

Siyahıda ilk sıralarda "böyük beşlik" liqalarıdır. İngiltərə Premyer Liqası 1-ci, İspaniya La Liqası 2-ci, İtaliya A seriyası 3-cü, Almaniya Bundesliqası 4-cü, Fransa Liqa1-i 5-cidir.

Avropadan kənar liqalar arasında ən yüksək mövqe MLS-dədir. Şimali Amerikadakı turnir dünyada 9-cudur.

Qardaş Türkiyənin Super Liqası "Top-10"u qapayır.