Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Yanq Boyz" - "Qalatasaray" ilk oyunu üçün hakim təyinatları açıqlanıb.
"İki sahil" UEFA-nın saytına istinadən xəbər verir ki, matçı Almaniya Futbol Federasiyasından Daniel Zibert idarə edəcək. Ona həmyerliləri Yan Seidel və Rafael Foltun köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Daniel Şlaqer yerinə yetirəcək.
Qeyd edək ki, sözügedən görüş avqustun 21-i keçiriləcək.