19 avqust 2024 10:49
407

Basketbol tarixində ilk dörd xallıq atış Filippin çempionatında olub

Filippinin "Meralko Bolts" komandasının basketbolçusu Kris Bançero tarixdə ilk dörd xallıq atışın müəllifi olub.

“İki sahil” xəbər verir ki, ABŞ-dən olan oyunçu bunu "Maqnoliya Çiken Timplados Hotşots"la oyunun birinci hissəsində bacarıb.

Filippin Liqası dörd xal qaydası olan yeganə çempionatdır. Komandaya bu xalı qazandırmaq üçün basketbolçu ən azı 8,23 metrdən dəqiq zərbə atmalıdır.

Qeyd edək ki, qarşılaşma "Meralko Bolts"un qələbəsi ilə başa çatıb - 99:94.