“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın hücumçusu Erlinq Haaland haqda danışıb.
“İki sahil” xəbər verir ki, norveçli oyunçu İngiltərə Premyer Liqasının 1-ci turunda "Çelsi" ilə matçda(2:0) fərqlənib. Bununla da, Haaland Mançester təmsilçisinin heyətində 100-cü oyununda 91-ci qolunu vurub.
Qvardiola futbolçu ilə bağlı deyib: “Belə göstəricilər Messi və Kriştiano Ronaldonun səviyyəsinə uyğundur. Bu, ölkədə inanılmaz bir şeydir”.