Misli Premyer Liqasında 3-cü turu çərçivəsində "Neftçi" "Sabah"ı qəbul edib.
“İki sahil”in məlumatına görə, qarşılaşmanın 54-cü dəqiqəsində Amin Seydiyev hesabı açıb. 76-cı dəqiqədə isə Coy Lens Mikels “Sabah”ın üstünlüyünü artırıb – 0-2.
Qarşılaşma bu hesabla da başa çatıb.
Qeyd edək ki, bu tur keçirilməli olan “Şamaxı” - “Qarabağ” və “Zirə” - “Araz-Naxçıvan” matçları təxirə salınıb. “Qarabağ”ın Çempionlar Liqasının, “Zirə” isə Konfrans Liqasının pley-offuna yüksəldiyindən bu kollektivlərin oyunu başqa vaxta keçirilib.
Misli Premyer Liqası,
3-cü turu
18 avqust (bazar)
20:30. “Neftçi” 0-2 “Sabah”
Qollar: Amin Seydiyev, 54 (0-1), Coy Lens Mikels, 76 (0-2)
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Müslüm Əliyev, Fərid Hacıyev
VAR: Əliyar Ağayev
AVAR: İnqilab Məmmədov
Zirə İdman Kompleksinin stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”