13 avqust 2024 17:32
471

"Vest Hem" "Mançester Yunayted"in futbolçusunu transfer etdi

“Vest Hem"  “Mançester Yunayted”in futbolçusu  Aaron Van-Bissakanı transfer edib.

"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu ilə 7 illik müqavilə imzalayıb. Transferin məbləği açıqlanmır.

Daha əvvəl mətbuat "Mançester Yunayted"in futbolçunun satışından təxminən 17,5 milyon avro alacağını yazmışdı.

Wan-Bissaka 2019-cu ilin iyulunda "Kristal Pelas"dan "Mançester Yunayted"ə keçib.